Bir millətin iki dili?!

Dünyada xeyli sayda ərəb dövləti var. Bu ölkələrdə yaşayanlar özlərinə ərəb, dillərinə də ərəb dili deyirlər. Baxmayaraq ki, (məsələn) Misir Ərəb Respublikası və Səudiyyə Ərəbistanında yaşayan ərəblər ünsiyyət zamanı bir-birilərini çox çətinliklə anlayırlar, bununla belə adlarına və dillərinə “ərəb” deyirlər. Amma biz Türkiyədə, Türkmənistanda, Quzey Kıbrıs Türk Cümhuriyyətində, Balkanlarda, Qaqauz Yerində, Krımda yaşayan türklərlə heç bir zorluq çəkmədən ünsiyyət zamanı bir-birimizi anladığımız halda adımıza və dilimizə “azərbaycanlı” və ya “azəri” deyirik. AZƏRBAYCAN sözü burada yaşayan hər bir kəs (özüm də daxil) üçün müqəddəs və əzizdir, lakin əziz qardaş və bacılarım, bu söz sadəcə olaraq bizim məmləkətin adıdır. Özümüzün və ya dilimizin yox. Biz türk millətiyik, dilimiz də türk dilidir.
Sizcə, bir millətin iki (və ya daha çox) adda dili ola bilərmi?!